Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanla sərhədə gəldi - FOTO

Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanla sərhədə gəldi - FOTO

Hazırda oxunan: Ermənistanın müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycanla sərhədə gəldi - FOTO

84593

Ermənistanın müdafiə naziri Suren Papikyan 2-ci Ordu Korpusunun hərbi hissələrinə baş çəkib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Müdafiə naziri Baş Qərargah rəisi Edvard Asryan və korpus komandanlığının müşayiəti ilə hərbi hissələrə baxış keçirib, maddi-texniki təminat işləri ilə tanış olub, qoşunların döyüş hazırlığının gedişini izləyib.

Səfər zamanı nazir komandanlıq heyəti ilə birlikdə şəxsi heyətin döyüş hazırlığının gücləndirilməsi və artırılması, infrastrukturun modernləşdirilməsi və kazarma şəraitinin yaxşılaşdırılması məsələlərini müzakirə edib”, - Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində dislokasiya olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO