Erməni separatçılarının Qarabağdan çıxarılmasına İRƏVANDAN daha bir münasibət

Erməni separatçılarının Qarabağdan çıxarılmasına İRƏVANDAN daha bir münasibət

Hazırda oxunan: Erməni separatçılarının Qarabağdan çıxarılmasına İRƏVANDAN daha bir münasibət

84469

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin İrəvana səfərindən sonra bildirib ki, sentyabra kimi Ermənistandan olan hərbçilər Qarabağda (qondarma rejim nəzərdə tutulur) xidmət etməyəcək və bölgədən çıxarılacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə “lragir”in erməni nəşrinin köşə yazarı Naira Ayrumyan “Rusiya rəsmi Bakının tələbini yerinə yetirir: Ermənistan qüvvələrini Qarabağdan çıxarır” məqaləsində yazır.

“Rəsmi Bakı Rusiyaya üz tutaraq vədlərini yerinə yetirməyi xatırladıb, Ermənistan qoşunlarının Qarabağdan çıxarılmasını, Minsk Qrupunu bağlamağı və Ermənistandan statusu unutdurmağı tələb edib.
Bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin İrəvanda olduğu gün baş verib.

Onun səfəri günü Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib. Görüşdən sonra Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu çərçivəsində nizamlanmanın vacibliyini bəyan edib.

Bakı isə erməni naziri müharibədən sonra yaranmış reallıqları rəhbər tutmağa çağırıb. Gürcüstan sonda bəyan edib ki, nazirlər arasında konkret razılıq əldə olunmayıb.

Rusiya tərəfi Tbilisidə keçirilən görüşlə bağlı şərh verməyib. Öz növbəsində ABŞ Dövlət Departamenti ATƏT-in Minsk Qrupunun adını çəkmədən “ikitərəfli görüş” faktını alqışlayıb.

Ermənistan tərəfinin Tbilisidəki görüşlə bağlı mesajında statusdan bəhs edilməyib. Öz növbəsində Minsk Qrupu ikitərəfli formatla əvəz olunub, Ermənistan qoşunlarının Qarabağdan çıxarılması isə əsas tələb kimi qalıb.
Görünür, bu vəzifə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinə həvalə olunub və o, gələndən sonra Armen Qriqoryan lazımi açıqlama verib.

Bu gün Tehranda keçirilən görüşdə Putin və Ərdoğan öz planlarının həyata keçirilməsində irəliyə doğru daha bir addım ata bilər”, - deyə Ayrumyan qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO