Müharibə səbəbindən Qarabağa daxil olan erməni silahlı qüvvələrinin bölmələri Ermənistana qayıdır.
Bizim.Media “armenpress.am” saytına istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yayıb.
Onun sözlərinə görə, qondarma “Arsax”a (Qarabağdakı rejim) Ermənistandan daha çağırışçı gəlməyəcək:
"Erməni silahlı qüvvələrinin çıxarılması prosesi yekunlaşmaq üzrədir və sentyabrda başa çatacaq".
Armen Qriqoryan əlavə edib ki, Qarabağda çağırışçıların "müdafiə ordusu"nda xidmətə çağırılması isə davam edəcək.
Bizim.Media