Rusiya prezidenti Vladimir Putin etnik rusların ümumi səfərbərliyinə yol verməmək üçün Ukraynadakı müharibənin yükünü etnik azlıqların üzərinə qoymağa çalışır.
Bizim.Media bu barədə informasiyanı ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatlarına istinadən yayıb.
ISW yazır ki, Putinin bu cür hərəkətləri Rusiyadakı etnik anklavlarda müqavimətə səbəb ola bilər.
Qeyd olunur ki, Rusiyada Tuva milli azlığının fəallarından ibarət müharibə əleyhinə “Yeni Tuva” hərəkatı yaradılıb. Bu mesaj son vaxtlar Rusiyada yerləşən və əksəriyyəti müxtəlif etnik qruplara mənsub olan regional könüllü batalyonların sayının artması kontekstində diqqət çəkir.
“Bu dəlil onu göstərir ki, Putin çoxlu sayda etnik rusları səfərbər etməmək üçün ümumi səfərbərlik aparmır”, - deyə analitiklər qeyd edir.
ISW və digər analitiklər daha əvvəl Ukraynada qeyri rus batalyonlarının üstünlük təşkil etdiyini bildirmişdilər. Bunlara Çeçenistan, Cənubi Osetiya, Tuva, Tatarıstan, Başqırdıstan, Çuvaşiya və başqalarından olan hərbçilər daxildir.
Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat vermişdi ki, Rusiya komandanlığı qeyri-slavyan millətlərdən olan hərbçiləri ən riskli hücumlara göndərir, buna görə də onlar arasında narazılıq artır.
Bizim.Media
- A-
- A
- A+
Region
09:45 / 19.07.2022
Moskva daha çox milli azlıqları döyüşə göndərir – SƏBƏBİ BUDUR
Hazırda oxunan: Moskva daha çox milli azlıqları döyüşə göndərir – SƏBƏBİ BUDUR
Hazırda oxunan: Moskva daha çox milli azlıqları döyüşə göndərir – SƏBƏBİ BUDUR
84367
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.