Arayik Arutyunyan Cenevrədə “yaxalandı” - FOTOFAKT

Arayik Arutyunyan Cenevrədə “yaxalandı” - FOTOFAKT

Hazırda oxunan: Arayik Arutyunyan Cenevrədə “yaxalandı” - FOTOFAKT

84345

Arayik Arutyunyandan xəbər var. 

Bizim.Media xəbər verir ki, o bu dəfə Avropanın göbəyində, İsveçrənin Cenevrə şəhərində ailəlikcə istirahət edərkən kameralara tuş gəlib. 

Hər yerdə özünü Qarabağdakı ermənilərin xilaskarı kimi təqdim edən Arayik İsveçrəyə hansı statusla getdiyi məlum deyil.

Məlum olan odur ki, istər Ermənistanda, istərsə də Qarabağda sadə ermənilərin pis vəziyyətdə olduğu, sosial problemlərin məngənəsində boğulduğu bir vaxtda Arutyunyanın Cenevrə səfəri xeyli təəccüb doğurur. 

Əslinə baxsan Arayikin bu hərəkəti heç də təəccüblü deyil. O da digər erməni siyasətçiləri kimi özlərini xalqın cəfakeşi və xilaskarı kimi göstərsə də mahiyyətcə korrupsioner bir məmurdur.
Arutyunyanın xaricdəki erməni diasporundan, “Hayastan” fondundan və digər mənbələrdən Qarabağdakı ermənilərə ünvanlanan yardımları necə mənimsədiyi heç kimə sirr deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO