Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İrəvanda ruslarla GİZLİ GÖRÜŞ keçirib? 

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İrəvanda ruslarla GİZLİ GÖRÜŞ keçirib? 

Hazırda oxunan: Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İrəvanda ruslarla GİZLİ GÖRÜŞ keçirib? 

84202

Erməni politoloq Beniamin Poqosyan hesab edir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin İrəvana elan olunmamış səfərinin məqsədi Ermənistanla bağlı olmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni nəşri məlumat yayıb.

“Mən MKİ-nin, daha çox bu agentliyin direktorunun funksiyalarını təsəvvür etdiyimə görə deyə bilərəm ki, çətin ki, Ermənistanla bağlı hər hansı problem onu (MKİ direktorunu) Ermənistana səfərə məcbur etsin.
Ən azından Ermənistanla bağlı problemlər, istər Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi, istər Ermənistan-Azərbaycan münasibətləri, istərsə də Cənubi Qafqazda regional hadisələr MKİ direktorunun səfərinin əsas səbəbi ola bilməz”, deyə politoloq qeyd edib.

Poqosyan vurğulayıb ki, Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Ermənistana ilk dəfə nə üçün səfər etdiyini yalnız ehtimal etmək olar. 

Politoloq istisna etmir ki, Uilyam Berns Ukrayna ətrafında cərəyan edən hadisələri Rusiya rəsmiləri ilə müzakirə etmək üçün Rusiya tərəfi ilə gizli görüş üçün Ermənistanda olub.

66 yaşlı amerikalı məmur 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri olub. Onun İrəvana cümə günü gəlişi barədə ilk olaraq Rusiya dövlət mediası öz diplomatik mənbələrinə istinadən xəbər yayıb və Ermənistanın dövlət idarələri saatlarla xəbəri nə təsdiq, nə də təkzib ediblər.

“İranla bağlı gizli görüş lazım olsaydı, bunun üçün yer kimi Ermənistan seçilməzdi, çünki rəsmi İrəvan Rusiyanın nəzarəti zonasındadır. Amma Rusiya tərəfi ilə gizli görüş və müzakirələr keçirmək ehtimalı böyükdür.

Düşünürəm ki, Ukraynadakı vəziyyətə görə Rusiya ilə ABŞ arasında müəyyən gizli təmaslar var. Təbii ki, açıq təmaslar da mediaya sızıb.
Unutmayaq ki, fevralın 24-dən sonra ən azı bir dəfə Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı barədə ictimaiyyətə məlumat verilib. Bununla belə, qapalı formatda müzakirələrin davam etdiyi aydındır”, - deyə erməni politoloq vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO