Ararat Mirzoyan Tbilisi görüşü haqda ABŞ-a məruzə etdi – ATƏT-in Minsk Qrupunu diriltməyə çalışdı

Ararat Mirzoyan Tbilisi görüşü haqda ABŞ-a məruzə etdi – ATƏT-in Minsk Qrupunu diriltməyə çalışdı

Hazırda oxunan: Ararat Mirzoyan Tbilisi görüşü haqda ABŞ-a məruzə etdi – ATƏT-in Minsk Qrupunu diriltməyə çalışdı

84140

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfridlə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, tərəflər Ermənistan və Azərbaycan XİN rəhbərlərinin iyulun 16-da Tbilisidə keçirilən görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Mirzoyan vurğulayıb ki, Ermənistan tərəfi Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində ATƏT-in Minsk Qrupunun (belə qurum artıq mövcud deyil) və həmsədr ölkələrin həmsədrliyinin roluna əhəmiyyət verir.

Göründüyü kimi, Tbilisidəki görüşdən sonra da erməni plastinkası dəyişmir. Xatırladaq ki, ötən gün prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunu canlandırmaq cəhdlərini Azərbaycana qarşı ərazi iddiaları ilə eyniləşdirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO