Ermənistanda kişi qumbara ilə supermarketə girdi və…

Ermənistanda kişi qumbara ilə supermarketə girdi və…

Hazırda oxunan: Ermənistanda kişi qumbara ilə supermarketə girdi və…

84052

Ermənistanın Araqatsotn rayonunda qumbara ilə silahlanmış şəxs “Çiran” supermarketinə daxil olaraq oranı partlatmaq istəyib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları təhlükəsizlik üçün ərazini mühasirəyə alıb, kişi ilə danışıqlara başlayıb.

Bir müddət sonra həmin şəxs qumbara ilə Əştərək polis bölməsinə aparılsa da, qumbaranın halqası hələ də zərərsizləşdirilməyib.

Polis onunla danışıqları davam etdirib. O isə “Uşaqlarımı görməsəm, qumbaradan istifadə edəcəm” deyərək tələb irəli sürüb.

İlkin informasiyaya görə, kişi boşanıb və keçmiş həyat yoldaşından uşaqları görməyə icazə verməsini tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO