Bu il fevralın 28-də Ukraynanın Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov Vətənə qayıdıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynada yaralanmış azərbaycanlı sürücü vətənə qayıdır - FOTO
O, Azərbaycan hökumətinin dəstəyi ilə Gülhanə Hərbi Tibb Akademiyasında 3 aylıq müalicə keçib.
Qeyd edək ki, S.Tahirov yaralandıqdan sonra ilk olaraq Xarkovdakı Balakleya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır kimi qiymətləndirilib.
S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyə edilib, bu ölkənin paytaxtı Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.
O, əlavə iki cərrahiyə əməliyyatı keçirib, həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyənin paytaxtı Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib.
Türk həkimlərin səyləri nəticəsində S.Tahirov sağlamlığına qovuşub.
Bizim.Media