Paşinyan Ermənistana 38 milyard dollar ziyan vurmaqda günahlandırılır

Paşinyan Ermənistana 38 milyard dollar ziyan vurmaqda günahlandırılır

Hazırda oxunan: Paşinyan Ermənistana 38 milyard dollar ziyan vurmaqda günahlandırılır

8208

Ermənistanlı iqtisadçı, Hərbi Sığorta Fondunun Qəyyumlar Şurasının üzvü Mesrop Manukyan Qarabağdakı müharibə zamanı ermənilərin insan və maddi itkilərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Armenia” nəşri yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Baqratyan: “Paşinyan zorlanan qadın kimi qorxur”


Onun sözlərinə görə, Hayastan Ümumerməni Fondu Azərbaycanın nəzarətinə keçən Qarabağ ərazilərinin inkişafına təxminən 150 milyon dollar sərmayə qoyub:

''Müdafiə sisteminə dəyən ziyan təqribən 2 milyard dollardır, digər 8 milyard dollar isə Zod (Sotk) qızıl yatağının bir hissəsinin itirilməsidir''.

''Qarabağda qalan SES-lərin dəyəri 600 milyon dollar, 95 min hektar əkinçilik ərazisi 3 milyard dollar, Qarabağda 15 mədən sahəsi 3 milyard dollar dəyərində qiymətləndirilir''.

''Ölən hərbçilərin ailələrinə, habelə əlil olan əsgərlərə təzminat ödənişi 1.2, bank sisteminə dəyən ziyan 1 milyard dollar təşkil edir. İnfrastruktur obyektlərinə dəyən ziyan isə 2 milyard dollardır''.

Mesrop Manukyan Qubadlının məşhur Xınalıq kəndindəki Tütün Emalı Zavodu ilə  və “Kataro” Şərab Zavodunun 100 milyon dollar təşkil etdiyini də bildirib.

Onun fikrincə, müharibə nəticəsində, ölkəyə dəyən mənəvi ziyan təqribən 3 milyard olub. 
İqtisadçı yekunda bölgələrin itirilməsi (meşələr, torpaq və su, mənzil fondu) zamanı ölkənin 7 milyard dollar itirdiyini qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO