Ermənistan rəsmisi Zəngəzurla bağlı razılığı şərh etməkdən imtina etdi

Ermənistan rəsmisi Zəngəzurla bağlı razılığı şərh etməkdən imtina etdi

Hazırda oxunan: Ermənistan rəsmisi Zəngəzurla bağlı razılığı şərh etməkdən imtina etdi

81667

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib ki, “İzvestiya” qəzetinin Zəngəzurdan keçən yolun marşrutu ilə bağlı Azərbaycanla razılaşması barədə xəbərini şərh etmir.

Bizim.Media xəbər verir ki, bir müddət əvvəl “İzvestiya” qəzeti yüksək rütbəli məlumatlı mənbəyə istinadən “Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib, razılaşdırılmalı olan yolun yalnız 6 km-lik hissəsi qalıb” yazıb. 

Marşrutun qalan 40 km-i İranla sərhəd boyu köhnə sovet yoludır.

“Biz adı açıqlanmayan mənbələrin verdiyi məlumatlara münasibət bildirməyi düzgün hesab etmirik”, - ofisdən bildirilib.

İyunun 28-də Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib ki, Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə regional kommunikasiyaların blokadadan çıxarılması üzrə işçi qrupu bir çox məsələlərdə İrəvan və Bakının mövqelərini, xüsusilə sərhəd və gömrük nəzarəti məsələlərində yaxınlaşdıra bilib.
Xatırladaq ki, iyunun 4-də üçtərəfli işçi qrupunun Moskvada  növbəti iclası keçirilib. Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Ermənistan və Azərbaycan ərazilərindən təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO