Ermənistandan gedən 300-ə yaxın yük maşını Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçid məntəqəsinə gedən yolda ilişib qalıb. Daha 500 ağır yük maşını Rusiyadan Gürcüstana keçmək üçün gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan məlumat verib.
Bundan əvvəl məlum olub ki, Terek çayında daşqın nəticəsində Yuxarı Lars keçid məntəqəsinə gedən magistralın 136-cı kilometrliyindəki 80 metrlik hissə yuyulub.
Nəticədə hər iki istiqamətdə bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, Gürcüstan və Rusiyanı birləşdirən yol 7-10 gün ərzində bərpa olunacaq.
Arutyunyan qeyd edib ki, hazırda departament digər strukturlarla alternativ marşrutdan istifadə məsələsini müzakirə edir. Onun sözlərinə görə, təfərrüatlar daha sonra açıqlanacaq.
Xatırladaq ki, Gürcüstandan Rusiyaya gedən yol iyunun 26-da günorta saatlarında Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun 53-cü kilometrliyində baş verən sürüşmə nəticəsində bağlanıb.
Bir gün əvvəl Duşetinin meri deyib ki, səbəb Araqvi çayındakı daşqındır. Hərbi Gürcüstan yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur. Hazırda ona gedən yeddi alternativ yol var. Onlar ya lazımi infrastrukturun olmaması, ya da siyasi səbəblər üzündən bağlanıb.
Bizim.Media
- A-
- A
- A+
Region
19:39 / 27.06.2022
Ermənistanın 800-ə yaxın yük maşını sərhəddə qalıb – HƏLL YOLUNU TAPA BİLMİRLƏR
Hazırda oxunan: Ermənistanın 800-ə yaxın yük maşını sərhəddə qalıb – HƏLL YOLUNU TAPA BİLMİRLƏR
Hazırda oxunan: Ermənistanın 800-ə yaxın yük maşını sərhəddə qalıb – HƏLL YOLUNU TAPA BİLMİRLƏR
81205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.