Paşinyanın mətbuat konfransını boykot edən KİV-lərin sayı 51-ə çatdı

Paşinyanın mətbuat konfransını boykot edən KİV-lərin sayı 51-ə çatdı

Hazırda oxunan: Paşinyanın mətbuat konfransını boykot edən KİV-lərin sayı 51-ə çatdı

81203

Bu gün baş nazir Nikol Paşinyan mətbuat konfransı keçirəcək. Media nümayəndələrinə bir sual vermək imkanı verilib. Ancaq 51 KİV rəhbəri bundan imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “yerevan.today” saytında yerləşdirilib. 

Xatırladaq ki, daha əvvəl 30-dan çox KİV sual göndərməkdən imtina etdiklərini bildirmişdilər.

“Təcrübə göstərir ki, belə “onlayn əlaqə”lər hazırlanmış ssenari üzrə baş verir və bu tədbirlərdə suallar əsasən hökumətyönlü media tərəfindən qaldırılır. Telegram kanalları, blogerlər isə tədbirin təşkilatçıları ilə öncədən razılıq əldə edir. Çünki bilirlər ki, suallarına məhəl qoyulmayacaq, ya da redaktə olunacaq.
Bu presedentləri nəzərə alaraq, biz, sənədə imza atan media redaktorları rəsmi suallar göndərməkdən açıq şəkildə imtina edirik. Baş nazirlik ofisini mətbuat konfranslarının klassik formasına qayıtmağa çağırırıq”, deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO