Kremldən defolt iddiaları ilə bağlı AÇIQLAMA

Kremldən defolt iddiaları ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Kremldən defolt iddiaları ilə bağlı AÇIQLAMA

81173

Kreml Rusiyanın xarici borcunu yerinə yetirməməsi ilə bağlı iddialarla razılaşmır. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur. Söhbət ondan ibarətdir ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya iqtisadiyyatı defolt olub – 1918-dən bəri İLK 


Bu defolt iddiaları da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib.

Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni ki, bu halda bu vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur” – deyə Peskov qeyd edib. 

Məlumat üçün bildirək ki, Bloomberg agentliyi Rusiya iqtisadiyyatının bazar ertəsi gecəsi defolt olduğunu iddia edib. Agentliyin yazdığına görə, bu defolt Rusiyada 1918-ci ildən bəri ilk dəfə baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO