Rusiyanın fəal təbliğatçı Tiqran Keosayan Qazaxıstandakı terrorçularla eyni siyahıya daxil edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “KazTAG” məlumat yayıb.
“Keosayan, demək olar ki, mediada onun “arzuolunmazlar” siyahısına salınacağı xəbəri çıxandan dərhal sonra bu siyahıya salındı. Bu siyahıda Keosayandan başqa Qazaxıstanda terrorçular və digər arzuolunmaz elementlər də var”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Keosayan bundan əvvəl qatıldığı televiziya proqramlarından birində Qazaxıstana qarşı açıq təhdidlər və təhqiramiz ifadələr səsləndirmişdi.
Maraqlıdır ki, o, “Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyinin, Sputnik informasiya agentliyinin və “Russia Today” (RT) beynəlxalq informasiya şəbəkəsinin baş redaktoru Marqarita Simonyanın əridir.
Bizim.Media
- A-
- A
- A+
Region
10:18 / 24.06.2022
Simonyanın əri terrorçular siyahısına salındı
Hazırda oxunan: Simonyanın əri terrorçular siyahısına salındı
Hazırda oxunan: Simonyanın əri terrorçular siyahısına salındı
80750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.