Ermənilər şərt  qoydu - Paşinyan Moskvada sənəd imzalasa….

Ermənilər şərt  qoydu - Paşinyan Moskvada sənəd imzalasa….

Hazırda oxunan: Ermənilər şərt  qoydu - Paşinyan Moskvada sənəd imzalasa….

8066

Ermənistanda müxalifətçilərin hava limanına gedən yolda təşkil etdiyi mitinq yekunlaşıb. 

Bizim.Media ''Sputnik Armenia''ya istinadla xəbər verir ki, hava limanına gedən yol artıq açılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın Moskva səfərinə etiraz - Aeroporta gedən yol bağlanıldı - VİDEO


Məlumata görə, Nikol Paşinyan “Zvartnots” hava limanına getməyi və Moskvaya uçmağı bacarıb.

Bu barədə Paşinyanın səfərinə qarşı keçirilən etiraz aksiyasının iştrakçılarından biri deyib.

Onun sözlərinə görə, baş nazir Moskvada hər hansı bir sənəd imzalayarsa, Ermənistanın hava məkanı onun üçün bağlanacaq.

"Nikol Paşinyan qanunsuz bir liderdir, Ermənistanı təmsil etmir və imzalayacağı sənədlərin heç bir hüquqi qüvvəsi olmayacaq",- deyə aksiya iştirakçıları bildiriblər.

Xatırladaq ki, müxalifət Ermənistanın hökumət başçısının Rusiya və Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevin iştirakı ilə üçtərəfli danışıqlar aparmaq məqsədilə Moskvaya səfərinin qarşısını almaq üçün səhər saatlarında aksiya təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO