Lavrov ABŞ və İsrailin yeni planı HAQDA: “Məqsədləri İrandır”

Lavrov ABŞ və İsrailin yeni planı HAQDA: “Məqsədləri İrandır”

Hazırda oxunan: Lavrov ABŞ və İsrailin yeni planı HAQDA: “Məqsədləri İrandır”

80648

“ABŞ və İsrailin İrana qarşı birgə hava hücumundan müdafiə sistemi yaratmaq planı qarşıdurma məqsədi daşıyır”.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Bundan əvvəl İsrailin müdafiə naziri Benni Qantz bildirmişdi ki, İsrail ABŞ və regiondakı müttəfiq ölkələrlə birlikdə ümumi hava hücumundan müdafiə sistemi yaradır. Onun sözlərinə görə, bu, ilk növbədə “İrandan gələn hücumları dəf etmək” üçün edilir.
"Əlbəttə, biz amerikalı həmkarlarımızın səsləndirdiyi fikirləri izləyirik. Onlar ayrı-ayrı ərəb ölkələri ilə İsrail arasında blok yaratmaq niyyətlərini açıq şəkildə bəyan edirlər və bu qrupu İran İslam Respublikasına qarşı yönəldirlər". Lavrov bu fikirləri bu gün iranlı həmkarı Hüseyn Əmir Abdullahyan ilə keçirdiyi mətbuat konfransında deyib. 

O, hesab edir ki, bu ideya regionda vəziyyətin normallaşdırılmasına birbaşa ziddir.

“Bu, ABŞ-ın özünün səyləri ilə birbaşa ziddiyyət təşkil edir”, - nazir deyib. Eyni zamanda o, əlavə edib ki, “münaqişə sxemləri hazırda amerikalılar tərəfindən dünyanın istənilən regionunda həyata keçirilir”.

"Eyni məntiqi Yaxın Şərqdə hava hücumundan müdafiə sistemi yaratmaq təşəbbüsündə də görmək olar. Bu, qarşıdurma deməkdir, biz isə birləşdirici məntiqə üstünlük veririk", - Rusiya XİN rəhbəri bildirib. 
Xatırladaq ki, ümumi hava hücumundan müdafiə sisteminin yaradılması mövzusu ABŞ prezidenti Co Baydenin İsrailə gözlənilən səfəri zamanı müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO