Ermənistan Baş naziri Nikol Paşinyanın Moskva səfərinə etiraz olaraq İrəvanın "Zvartnots" hava limanına gedən yol müxalifət tərəfindən bağlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Para.tv” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
10 noyabr sazişi yerinə yetirilməlidir - Əks halda ermənilər...
Lakin Paşinyanın korteji yolu bağlanmamışdan 10 dəqiqə əvvəl yüksək sürətlə hava limanına çata biilib.
Məlumata görə, hava limanından bir qədər aralıda Paşinyanın səfərinə mane olmağa çalışan müxalifətçilər etiraz aksiyası keçirir.
Etirazçılar polisdən hava limanına yürüş etməsinə icazə vermələrini tələb ediblər. Lakin mühafizəçilər sərbəst hərəkətin müvəqqəti məhdudlaşdırıldığını söyləyib.
Erməni KIV-i Paşinyanın hələ Moskvaya uçmadığını ehtimal edir. Güman edilir ki, o Rusiyaya erkən uçuş edəcək.
Qeyd edək ki, bu bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri üçtərəfli görüş keçirəcəklər. Görüşün detalları açıqlanmır.
Bizim.Media