İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü - FOTO

İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü - FOTO

Hazırda oxunan: İstanbulda yaşayan azərbaycanlını kürəkəni öldürdü - FOTO

80573

İstanbulun Başakşehir rayonunda Azərbaycan vətəndaşı Mübariz Nuriyevin meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Cəsəd Başakşehir ərazisindəki Olimpiya Stadionunun yaxınlığında tapılıb. Hadisə şahidləri bildiriblər ki, gecə saatlarında naməlum avtomobil stadionla üzbəüz meşəlik əraziyə daxil olub.

Oradan çıxan şəxslər çantaya bükülmüş meyiti atıb, daha sonra hadisə yerindən qaçıblar. Meyiti tapanlar dərhal polisə məlumat veriblər.

İlkin araşdırma zamanı meyitin Azərbaycan vətəndaşı Mübariz Nuriyevə məxsus olduğu məlum olub. Həmçinin hüquq-mühafizə orqanları qatilin Nuriyevin kürəkəni (X.S) olduğunu üzə çıxarıb.

İstanbul polisinin məlumatına görə, kişi başının arxasından vurulan güllə nəticəsində dünyasını dəyişib. Onun bədənində də döyülmə izləri aşkar edilib.
Meyit lazımi prosedurların aparılması üçün təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Polis müşahidə kameralarına baxış keçirdikdən sonra meyitin Nuriyevin kürəkəni tərəfindən çölə atıldığını müəyyən edib. Evində aparılan axtarışlar zamanı onun tapançası tapılıb. Bu silahla X.S. qayınatasını qətlə yetirib.

Şübhəli şəxslə bağlı araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO