Rusiyanın 2021-ci ildə qarşılaşacağı üç problem – MOSKVA NECƏ DAVRANACAQ?

Rusiyanın 2021-ci ildə qarşılaşacağı üç problem – MOSKVA NECƏ DAVRANACAQ?

Hazırda oxunan: Rusiyanın 2021-ci ildə qarşılaşacağı üç problem – MOSKVA NECƏ DAVRANACAQ?

8034

2021-ci ildə Rusiya üç ciddi problemlə qarşılaşmalı olacaq.

Bizim.Media xəbər verir ki, Federasiya Şurasının informasiya siyasəti üzrə komissiyasının rəhbəri Puşkov Rusiyanın 2021-ci ildə qarşılaşacağı əsas problemləri sadalayarkən belə deyib.

O bildirib ki, koronavirus pandemiyasından çıxmaq, internet nəhənglərinin diktəsi, həmçinin ABŞ-da və onun xarici siyasətində baş verə biləcək dəyişikliklər Rusiyanın ən ciddi başağrıları olacaq.

"Birincisinin cavabı peyvəndləmə və əhalinin kütləvi imunitetinin artmasıdır", - deyə o teleqram səhifəsində yazıb.

Senator qeyd edib ki, ikinci problemə cavab şəbəkədəki senzura əleyhinə qüvvəyə minmiş qanun və öz internet platformalarının inkişafıdır.

Puşkov "Üçüncü çağırışa cavab ABŞ-ın yüksək ehtimal artan təzyiqinə qarşı çıxmaq qabiliyyətimizdən asılıdır" deyə fikir irəli sürüb.

Senatorun fikrincə, ABŞ administrasiyası ilə ayrı-ayrı məsələlər, o cümlədən START-III və İran üzrə mümkün dialoq "məhdud xarakter daşıyacaq və münasibətlərin əsas məzmununa təsir göstərməyəcək".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO