Qarabağ ermənilərinə İrəvandan hansı göstəriş gəlib? – Laçında baş verən SON TALANLAR 

Qarabağ ermənilərinə İrəvandan hansı göstəriş gəlib? – Laçında baş verən SON TALANLAR 

Hazırda oxunan: Qarabağ ermənilərinə İrəvandan hansı göstəriş gəlib? – Laçında baş verən SON TALANLAR 

80274

“Ermənilər bildirir ki, Azərbaycana Laçın dəhlizinə alternativ yolu açmasına imkan verməyəcəklər. Bu cür açıqlama varsa, deməli ortada ciddi hərbi təxribat və ermənilərin sülhməramlılarla sövdələşmələri mövcuddur”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Laçın dəhlizinə alternativ yolun salınması fonunda buradakı ermənilərin əllərinə keçən hər şeyi qarət etməsinə rus sülhməramlılarının əvvəlki tək yenə də göz yummasına münasibət bildirərkən deyib:

“10 noyabr bəyannaməsindən sonra ermənilərin Kəlbəcər, Ağdam və Laçını boşaltmaları ilə bağlı prosesə başlanıldı.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ erməniləri bizim məsələmizdir, Ermənistana heç bir dəxli yoxdur” – Zərdüşt Əlizadə


O zaman da ermənilər guya Kəlbəcər və Ağdamın boşaldılmasının çətin olduğu və zaman qazanmaq üçün əlavə vaxtın verilməsini istəmişdilər. Həmin dövrdə ermənilər hətta unitazları, divar daşlarını söküb, ağacları kökündən çıxarıb Ermənistana daşıyırdılar.

O zaman da bu, Rusiya sülhməramlılarının gözü qarşısında baş verirdi. İndi sülhməramlılar da anlayır ki, Azərbaycan Laçında qeyri-qanuni məskunlaşan ermənilərin onların dəstəyilə həmin ərazilərdə qalmasına imkan verməyəcək. Ona görə də indi sülhməramlılar ermənilərin Laçını talan etməsinə də göz yumur ki, ən azından zir-zibillərini götürüb əraziləri təki sakitcə boşaltsınlar”.  

Bu müstəvidə həmsöhbətimiz qeyd edir ki, Qarabağ ərazisində müəyyən hərbi təxribatlar nəticəsində prosesi sabotaj etmək və Azərbaycanın bu məsələdən vaz keçməsinə nail olmaq istəyən terror ünsürləri də mövcuddur: 

“Hətta İrəvan tərəfdən binaları, yaşayış məskənlərini söküb aparmağa tələsməmək barədə Qarabağdakı ermənilərə konkret müraciətlər də var. Bu əsasda da bildirirlər ki, Azərbaycana Laçın dəhlizinə alternativ yolu açmalarına imkan verməyəcəklər.

Bu cür açıqlama varsa, deməli ortada ciddi hərbi təxribat və ermənilərin sülhməramlılarla sövdələşmələri mövcuddur. Hər cür təxribata hazır olmalıyıq. Azərbaycan dövləti bu istiqamətdə təhlükəsizlik məsələsini ümumən həll edib.
İstənilən sabotaj, hərbi təxribat Qarabağdakı terror ünsürlərinin əleyhinə işləyəcək. Ancaq hər bir halda, ölkəmizin bir vətəndaşının burnunun qanaması belə minlərlə erməninin ölməsindən daha əfsəldir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO