Türkiyə Silahlı Qüvvələri Suriyada transsərhəd əməliyyatının başlamasına tam hazırdır və həyata keçirmək üçün əmr gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin “TGRT” telekanalı yayıb.
Mənbə yazır ki, hərbi əməliyyat üçün bütün hazırlıq işləri başa çatıb.
Telekanal qeyd edir ki, bu, Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən bəri sərhədə yaxın ərazilərdə həyata keçirdiyi əvvəlki dörd əməliyyatdan fərqlənəcək.
Xüsusilə, əməliyyatda Bayraktar, Koral elektron döyüş sistemləri, “T129 ATAK” kəşfiyyat helikopterləri, F-16 qırıcıları və zirehlərlə gücləndirilmiş M60T tanklarından istifadə ediləcək.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Suriyanın şimalında əməliyyatın hər an başlayacağını, ilkin mərhələdə Tel-Rifat və Mənbic bölgələrinin terrorçulardan azad ediləcəyini bildirib.
Türkiyə liderinin əsas məqsədi 2019-cu ilin oktyabrında “Sülh mənbəyi” əməliyyatından sonra yaradılmış 30 kilometrlik təhlükəsizlik zonasını genişləndirməkdir.
Türkiyə mediası daha əvvəl əməliyyatda 50 min türk hərbçisinin iştirak edəcəyini bildirmişdi. Əməliyyat Türkiyəyə Suriya ilə sərhədin 600 kilometrlik hissəsinə nəzarəti təmin etməyə və ona bitişik ərazilərdən gələn terror təhlükələrini minimuma endirməyə imkan verəcək.
Bizim.Media
- A-
- A
- A+
Region
10:41 / 20.06.2022
Türkiyə ordusu Suriyada hərbi əməliyyata tam hazırdır – “TGRT” telekanalı
Hazırda oxunan: Türkiyə ordusu Suriyada hərbi əməliyyata tam hazırdır – “TGRT” telekanalı
Hazırda oxunan: Türkiyə ordusu Suriyada hərbi əməliyyata tam hazırdır – “TGRT” telekanalı
80036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.