ABŞ Dövlət katibinin köməkçisi İrəvanda səfərdədir

ABŞ Dövlət katibinin köməkçisi İrəvanda səfərdədir

Hazırda oxunan: ABŞ Dövlət katibinin köməkçisi İrəvanda səfərdədir

79836

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid İrəvandadır. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, amerikalı diplomat səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq, eləcə də digər rəsmi şəxslərlə görüşəcək. 

Əlavə olunub ki, danışıqların gündəliyində Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması üçün diplomatik səylərə ABŞ-ın yardımı da daxildir. 

Qeyd edək ki, Karen Donfrid Ermənistandan əvvəl Azərbaycanda səfərdə olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO