Podolyak: “Rusiyanı Ukraynanın cənubundan qovacağıq” - VİDEO

Podolyak: “Rusiyanı Ukraynanın cənubundan qovacağıq” - VİDEO

Hazırda oxunan: Podolyak: “Rusiyanı Ukraynanın cənubundan qovacağıq” - VİDEO

79558

“Ukrayna hərbçiləri Xerson vilayətində Rusiya mövqelərindən bir neçə kilometr aralıda yerləşir. Ukraynanın cənubunu rus ordusundan azad etmək üçün uzaqmənzilli silahlara ehtiyacı var”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”dəki videomüraciətində səsləndirib.

"Xersonda rus mövqelərinə bir neçə kilometr qalıb. Orada dağıdılmış onlarla kəndimiz var. Bizim uşaqlar döyüş ruhu ilə öz mövqelərindədir. Məhdud resurslarımız olsa belə, düşməni dəf edirik. Yalnız uzaqmənzilli silahlarımız çatışmır. İstənilən halda biz Rusiyanı Ukraynanın cənubundan qovacağıq”, - Podolyak bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO