Müxalifətçilər İrəvan meydanlarını tərk etdilər - Paşinyanın partiyası

Müxalifətçilər İrəvan meydanlarını tərk etdilər - Paşinyanın partiyası

Hazırda oxunan: Müxalifətçilər İrəvan meydanlarını tərk etdilər - Paşinyanın partiyası

79497

“Hakim “Vətəndaş müqaviləsi” partiyasının fraksiyası və Ermənistan hökuməti dövlət büdcəsinin məqsədəuyğunluğu haqqında hesabatı müzakirə edib. Bununla da təkcə hakimiyyətin deyil, həm də parlament müxalifətinin funksiyasını yerinə yetirib”.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin bugünkü iclasında hakim fraksiyasının lideri Ayk Konjoryan deyib.

Konjoryan çıxışı zamanı parlament müxalifətinin küçə mübarizəsinə toxunub.

“Müxalifətin son 40 gündən çox fəaliyyətinin nəticələrinə yekun vuraraq deyə bilərik ki, parlament müxalifəti defolt yaşayır. Onlar küçə mübarizəsi zamanı heç bir sahədə, o cümlədən seçiciləri qarşısındakı vəzifələrini də yerinə yetirə bilməyəcəklər.
Son həftələrdə müxalifətin acınacaqlı aqibətinin şahidi olduq və final bu gün başlarını aşağı salıb Fransa meydanını boşaldanda gəldi. Bu isə o deməkdir ki, müxalifətin sonu gəlib”, - deyə A.Konjoryan bildirib.

Deputatın sözlərinə görə, müxalifət Qarabağ məsələsindən istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışır: “Onların bu missiyası tamamilə iflasa uğradı”.

O, hesab edir ki, müxalifətin küçə mübarizəsinin acınacaqlı nəticəsi, təkcə parlamentdə deyil, küçədə də siyasi iflasa uğramasından xəbər verir. 

Müxalifət toplantılarının sayının az olmasına toxunan Konjoryan problemin müxalifət liderlərinin axmaqlığında olduğunu vurğulayıb.

Fransa meydanında çıxış edən müxalifətin iqtidar deputatlarına ünvanladığı müraciətləri xatırladan fraksiya lideri bildirib ki, “Vətəndaş müqaviləsi”ndən olan deputatlar olduqları yerdədir, müxalifət lideri İşxan Saqatelyan isə nə onun üçün nəzərdə tutulan yerdədir, nə də küçədə.
“İşxan Saqatelyan haradadır, biz isə haradayıq”, - Ayk Konjoryan deyib.

“Xalqımız siyasi lovğalıq marafonunun tam iflasına bir daha əmin oldu. Kədərli sonluq və müxalifətin uğursuzluğu Ermənistanda demokratiyanın qələbəsinə dəlalət edir”, - deyə A.Konjoryan yekunda bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO