Putin Ukraynadakı “hərbi əməliyyata” dəstək verməyən bu məmuru işdən qovdu

Putin Ukraynadakı “hərbi əməliyyata” dəstək verməyən bu məmuru işdən qovdu

Hazırda oxunan: Putin Ukraynadakı “hərbi əməliyyata” dəstək verməyən bu məmuru işdən qovdu

78996

Natalya Poklonskaya “Rossotrudniçestvo” rəhbərinin müavini vəzifəsindən azad edilib. 

Bizim.Media xəbər verir ki, müvafiq sərəncamı prezident Vladimir Putin imzalayıb. 

Xanım Poklonskayanın özü Telegram-da başqa işə keçdiyini bildirsə də, təfərrüatları açıqlamayıb.

Prezident Natalya Poklonskayanı bu vəzifəyə fevralın 2-də təyin etmişdi. “Rossotrudniçestvo”da o, həmvətənlərinin hüquqlarını qorumaqla məşğul olurdu.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı “hərbi əməliyyatına” dəstək verməyənlər arasında Natalya Poklonskaya da var. 

“Kiyevə və ya Ukraynanın hər hansı digər şəhərinə bomba düşməsini istəmirəm. Hərbçilərin istifadə etdiyi Z hərfi isə kədər və faciəni simvollaşdırır”, deyə o, qeyd edib. 

“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov isə Poklonskayanın son bəyanatından sonra nəticə çıxaracağına söz verib, Z və V simvollarının Rusiya ordusu üçün “dəstək simvolu”na çevrildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO