Ermənistanda 2000-dən çox CİNAYƏT İŞİ - Dövlətə xəyanət ittihamı... 

Ermənistanda 2000-dən çox CİNAYƏT İŞİ - Dövlətə xəyanət ittihamı... 

Hazırda oxunan: Ermənistanda 2000-dən çox CİNAYƏT İŞİ - Dövlətə xəyanət ittihamı... 

78967

Ermənistanda 44 günlük müharibə ilə bağlı 2000-dən çox cinayət işi başlanılıb. 

Bizim.Media “armeniatoday”ə istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan İctimai televiziyasının reportajında yer alıb. 

"Bu cinayət işlərindən 5-i dövlətə xəyanət ittihamı ilə bağlıdır. Məhkəməyə isə təqribən 80 cinayət işi göndərilib" - deyə məlumatda qeyd edilib. 

Bununla yanaşı, 800-dən çox insan təqsirləndirilən şəxs qismində cəlb olunub: 

“Onlar sırasında Silahlı Qüvvələrin Baş Qərargahının idarəsinin keçmiş rəisi, Baş Qərargahın sədrinin keçmiş müavinləri, hərbi hissələrin 10-dan çox komandiri, eləcə də komandirlərin müavinləri və digərləri var”. 
Bundan başqa, müharibə zamanı və ondan sonra Ermənistana qanunsuz silah daşınması ilə bağlı 219 cinayət işi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO