Sülhməramlılardan açıqlama: 48 min erməni Qarabağa qayıdıb

Sülhməramlılardan açıqlama: 48 min erməni Qarabağa qayıdıb

Hazırda oxunan: Sülhməramlılardan açıqlama: 48 min erməni Qarabağa qayıdıb

7890

Rus sülhməramlıları Ermənistandan Dağlıq Qarabağa qayıdan qaçqın karvanını müşayiət edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Mənbə bildirir ki, ümumilikdə, 48 mindən çox erməni Qarabağa dönüb.

Bir gün ərzində 225 nəfər İrəvandan Xankəndinə avtobuslarla çatdırılıb.

Rusiya sülhməramlı kontingentinin hərbi personalı bölgədə yaşayan insanlara humanitar yardım göstərir, mülki infrastruktur obyektlərini bərpa edir.

Xatırladaq ki, 23 müşahidə məntəqəsində vəziyyət 24 saat ərzində izlənir və atəşkəsə nəzarət edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO