“Rusiya hərbçiləri Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirir”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov üçtərəfli bəyanatlardan danışdı: “Ciddi şəkildə icrası vacibdir”
“Rusiyalı hərbçilər və ermənilər bunu yaxşı bilirlər. Bu vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, - deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ki, Rusiya rəsmilərinin, xüsusilə Rusiya Müdafiə Nazirliyinin Xocalının Fərrux kəndindəki durumla bağlı açıqlamaları Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olmuşdu.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi olaraq yaydığı bəyanatda qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində dəyişiklik baş verməyib”.
Bizim.Media