Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında baş verən iğtişaşlarla bağlı həbs edilənlər var.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
"İğtişaşların təşkilatçılarının və iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı 15 nəfər təqsirləndirilən şəxsin qismində cəlb edilib. 10 nəfər barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda deyilir.
Qeyd edək ki, iyunun 3-də etirazçılar Baş nazirin iqamətgahından çıxışları bağlamağa çalışıblar. Nəticədə polislə qarşıdurma yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Region
23:14 / 07.06.2022
Paşinyanın iqamətgahı qarşısında toqquşma - 10 NƏFƏR HƏBS EDİLDİ
Hazırda oxunan: Paşinyanın iqamətgahı qarşısında toqquşma - 10 NƏFƏR HƏBS EDİLDİ
Hazırda oxunan: Paşinyanın iqamətgahı qarşısında toqquşma - 10 NƏFƏR HƏBS EDİLDİ
78176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.