Belarus yükdaşıyıcılarına Gürcüstandan çıxmaq üçün alternativ marşrutlar seçmələri, xüsusən də Azərbaycan ərazisindən keçən marşrutlardan istifadə etmələri tövsiyə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Belarusun Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, yükdaşıyıcılara Tbilisi (Gürcüstan) - Qırmızı Körpü keçid məntəqəsi (Gürcüstan - Azərbaycan) - Samur keçid məntəqəsi (Azərbaycan) - Yaraq-Kazmalyar keçid məntəqəsi (Rusiya) - Qomel (Belarus) marşrutu üzrə hərəkət etmələri məqsədə uyğun hesab edilir.
Bu marşrut 1 min kilometr daha uzundur və təxmini sərhədi keçmə vaxtı bir həftəyə qədər uzana bilər.
Qeyd edilib ki, Gürcüstandan (Dariali) Rusiyaya (Yuxarı Lars) getmək üçün növbələr 100 kilometrdən çoxdur və onlar artmaqda davam edir. Gözləmə müddəti 3-4 həftə və ya daha çoxdur.
Bizim.Media
- A-
- A
- A+
Region
14:17 / 07.06.2022
Belarus yükdaşıyıcıları Gürcüstandan çıxmaq üçün Azərbaycandan keçəcək
Hazırda oxunan: Belarus yükdaşıyıcıları Gürcüstandan çıxmaq üçün Azərbaycandan keçəcək
Hazırda oxunan: Belarus yükdaşıyıcıları Gürcüstandan çıxmaq üçün Azərbaycandan keçəcək
78105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.