“Mariupolda əhalinin tam təxliyəsi təşkil edilməsə, vəba epidemiyası səbəbindən on minlərlə insanın ölüm təhlükəsi var”.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mariupol Şəhər Şurası yayıb.
Qeyd olunur ki, dağılmış şəhərdə bu gün mərkəzləşdirilmiş su və kanalizasiya sistemi işləmir, küçələr zibil və çirkli sularla doludur, hər həyətdə kortəbii dəfnlər olur, dağıntılar altında qalan meyitlər istidən daha çox çürüməyə başlayıb.
Həmçinin Mariupolda dərman yoxdur, xəstəxanalar bombardmanlar nəticəsində dağıdılıb, dəniz və su anbarları daim meyit qalıqları və kanalizasiya suları ilə çirklənir.
Mariupol Şəhər Şurasının fikrincə, vəba epidemiyası ölüm nisbətini 10 faiz artıracaq: “Əgər sistemli müalicə həyata keçirilməsə, xəstəlikdən şəhərdəki insanların 60 faizi öləcək”.
Bizim.Media
- A-
- A
- A+
Region
10:17 / 07.06.2022
XƏBƏRDARLIQ: Mariupolda vəba epidemiyası başlaya bilər
Hazırda oxunan: XƏBƏRDARLIQ: Mariupolda vəba epidemiyası başlaya bilər
Hazırda oxunan: XƏBƏRDARLIQ: Mariupolda vəba epidemiyası başlaya bilər
78046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.