Sanksiyalarla üzləşən Fərhad Əhmədov Avropa İttifaqından nəyi xahiş etdi?

Sanksiyalarla üzləşən Fərhad Əhmədov Avropa İttifaqından nəyi xahiş etdi?

Hazırda oxunan: Sanksiyalarla üzləşən Fərhad Əhmədov Avropa İttifaqından nəyi xahiş etdi?

77947

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov Avropa İttifaqından ona qarşı tətbiq edilən sanksiyaların götürülməsini istəyib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Times” nəşri yayıb.

Mənbə yazır ki, milyarder Aİ Şurasına müraciət göndərib. Əhmədov müraciətində ona məxsus “Luna” yaxtasına qarşı sanksiyaların götürülməsini xahiş edib. Yaxta hazırda 225 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
Bununla belə, Aİ qeyd edir ki, təxminən 1,36 milyard funt-sterlinq sərvəti olan oliqarx Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir gətirən iqtisadiyyatın sektorlarında çalışır və Kremlə yaxın olan bir iş adamıdır.

Əhmədovun adı Aİ-nin aprel ayında Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların beşinci raunduna daxil edilib. Sanksiyalar çərçivəsində iş adamının aktivləri və bank hesabları dondurulur, onun Aİ ölkələrinə səfəri qadağan edilir.

Əhmədova sanksiya tətbiq edildikdən sonra onun “Luna” yaxtası Almaniyanın Hamburq limanında həbs edilib.

Biznesmenin yaxtası əvvəllər keçmiş həyat yoldaşı ilə boşanma prosesi zamanı Dubay limanında saxlanılıb. Ötən ilin sonlarında Əhmədov və onun keçmiş həyat yoldaşı Tatyana Əhmədova təzminatla bağlı razılığa gəldikdən sonra “Luna” Dubay limanını tərk edərək Avropaya yollanıb.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda gəmi Hamburq tərsanələrindən birində təmir olunurdu. Nəticədə yaxta Avropa İttifaqının yurisdiksiyasında qalıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı müharibəyə görə rusiyalı milyarder oliqarxların onlarla nəhəng yaxtası Avropa limanlarında həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO