Ukrayna gəmilərinin çıxarılması ilə bağlı razılaşdılar - 20 milyon ton taxıl...  

Ukrayna gəmilərinin çıxarılması ilə bağlı razılaşdılar - 20 milyon ton taxıl...  

Hazırda oxunan: Ukrayna gəmilərinin çıxarılması ilə bağlı razılaşdılar - 20 milyon ton taxıl...  

77908

Ukrayna, Rusiya və Türkiyə Odessadan taxıl yüklü ukraynalı gəmilərin çıxarılması ilə bağlı ilkin sxemi razılaşdırıblar. 

Bizim.Media “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın ərazi sularında minatəmizləmə ilə Türkiyə hərbçiləri məşğul olacaq.  

“Bununla yanaşı, türkiyəli hərbçilər gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Burada onları Rusiya gəmiləri qarşılayaraq İstanbul boğazına qədər müşayiət edəcəklər. Hələlik sxem yalnızca Odessa üçün razılaşdırılıb” – deyə məlumatda qeyd edilib.
Bildirilib ki, “yol xəritəsi” artıq iyunun 8-9-u təsdiq ediləcək. Bununla dünya bazarlarına 20 milyon ton taxıl çıxarılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO