“Müxalifətin gündəminə uyğunlaşmaq məcburiyyətində qalan Nikol bu gün mitinq və yürüşün planlaşdırılmadığını eşidib. Buna görə də “ürəklə” papağını başına qoyaraq 200-ə yaxın təhlükəsizlik əməkdaşının müşayiəti ilə ictimaiyyət qarşısına çıxıb”.
Bizim.Media “aysor.am”a istinadən xəbər verir ki, bu fikirləri öz Facebook səhifəsində “Ermənistan” fraksiyasından olan deputat Aqnessa Xamoyan yazıb.
“Bu, həmin Nikoldur ki, “Müqavimət” hərəkatının addımlarını sadəcə olaraq “logistik problem” adlandırıb, bir neçə min insanın suallarını cavablandırmaq üçün hökumət binasından bayıra çıxmayıb və həmin insanlara qarşı xüsusi vasitələrdən istifadə edib.
Hələ iyunun 3-də fraksiyasını Parlamentin növbədənkənar iclasına göndərməkdən qorxduğunu demirəm.
Məndə olan məlumata görə, Paşinyan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və xarici işlər naziri Sergey Lavrovun səfərləri ilə əlaqədar Fransa meydanındakı çadırların polis tərəfindən sökülməsinə qərar verib.
Nikol, anla ki, Fransa meydanında çadırlar olacaq, ya yox, ölkədə siyasi böhran getdikcə pisləşir və yeganə çıxış yolu sənin istefandır”, - deyə deputat qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:48 / 06.06.2022
"Paşinyan İrəvanda müxalifət çadırlarını yığışdırır" – ERMƏNİ DEPUTAT
Hazırda oxunan: "Paşinyan İrəvanda müxalifət çadırlarını yığışdırır" – ERMƏNİ DEPUTAT
Hazırda oxunan: "Paşinyan İrəvanda müxalifət çadırlarını yığışdırır" – ERMƏNİ DEPUTAT
77898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.