Polis aksiya iştirakçılarına qarşı səs qumbarası tətbiq edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, toqquşmada 20-yə yaxın insanın xəsarət aldığı deyilir. Onların arasında polis əməkdaşları da var.
Səhiyyə Nazirliyinin məlumatına görə, 38 nəfər müxtəlif xəsarətlərlə tibb müəssisələrinə yerləşdirilib.
***
Xəbər verdiyimiz kimi, bu güm Ermənistan müxalifəti paytaxt İrəvanda növbəti etiraz aksiyası keçirir.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın iqamətgahına daxil olmaq istəyən etirazçılarla polis arasında toqquşma baş verib.
İrəvan polisi xeyli sayda aksiya iştirakçısını həbs edib.
Oral Mədənçi, Bizim.Media