“Müxalifət hansı quruma hansı məsələ ilə bağlı gedəcəyini başa düşməyib”.
Bizim.Media “aysor.am” saytına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan səsləndirib.
“Guya bizim nazirliyə kimdən və nə haqda soruşmağa gəlmisiniz? Gəlsinlər, işləyək. Xəritələri masanın üstünə qoysunlar, görək harda asfalt çəkmək, harda su borusunu dəyişdirmək lazımdır”, - deyə nazir jurnalistlərə açıqlamasında bildirib.
Nazir hesab edir ki, hər bir nazirliyə onun fəaliyyətinə aid olan məsələlərlə bağlı gəlmək lazımdır.
“Arsax (Qarabağdakı qondarma rejim) məsələsi ilə bağlı bizim nazirliyə gəlirlər, biz nə edə bilərik ki? Elə suallar var ki, biz ona cavab verə bilmərik. Qoy bununla məşğul olan quruma getsinlər”, - Qnel Sanosyan yekunlaşdırıb.
Xatırladaq ki, müxalifətin nümayəndələri bir neçə gün əvvəl nazirlə görüşmək üçün hökumət binasının 3-cü binasına gəlsələr də, görüş baş tutmayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
15:40 / 01.06.2022
Erməni nazir: “Qarabağ məsələsi ilə bağlı nazirliyimiz sullara cavab verə bilməz”
Hazırda oxunan: Erməni nazir: “Qarabağ məsələsi ilə bağlı nazirliyimiz sullara cavab verə bilməz”
Hazırda oxunan: Erməni nazir: “Qarabağ məsələsi ilə bağlı nazirliyimiz sullara cavab verə bilməz”
77207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.