Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, Rusiya Federasiyasının prezidenti Ermənistanın baş nazirini ad günü münasibətilə təbrik edib və ona ən xoş arzularını çatdırıb. Paşinyan təbrikə görə Rusiya Federasiyasının prezidentinə təşəkkür edib və Rusiya prezidentinin isti, dost münasibətini yüksək qiymətləndirdiyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinin bir sıra məsələlərini də müzakirə ediblər. Regional problemlərə və Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunulub.
Rusiya prezidenti Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və təhlükəsizliyi üzrə Komissiyanın ilk iclasının keçirilməsini alqışlayıb və Rusiya Federasiyasının sərhədlərin demarkasiyası prosesinə yardım etməyə hazır olduğunu təsdiqləyib. Sazişə əsasən, Komissiyanın növbəti iclasının Moskvada keçiriləcəyi vurğulanıb.
Regional kommunikasiyaların açılması məsələsi qaldırılıb və üçtərəfli işçi qrupun işinin aktivləşdirilməsinə dair razılıq əldə olunub.
Paşinyan Rusiya Federasiyasının prezidenti ilə Brüsseldəki son görüş haqqında təəssüratlarını bölüşüb, görüşdən sonra ortaya çıxan və müzakirələrin mahiyyəti ilə heç bir əlaqəsi olmayan şərhlərdən narahatlığını bildirib.
Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 19 aprel tarixli birgə bəyanatının müddəalarına uyğun olaraq, həmsöhbətlər Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Region
14:44 / 01.06.2022
Putin Paşinyanla Azərbaycanla sərhədin demarkasiyasından danışdı
Hazırda oxunan: Putin Paşinyanla Azərbaycanla sərhədin demarkasiyasından danışdı
Hazırda oxunan: Putin Paşinyanla Azərbaycanla sərhədin demarkasiyasından danışdı
77192
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.