Ermənistan prokurorluğu məhkəmədən keçmiş müdafiə naziri Seyran Ohanyan və onunla əlaqəli 3 nəfərdən İrəvanda yerləşən 2 ictimai ərazinin, Vaaqni elit yaşayış kompleksindəki malikanənin və 1 avtomobilin müsadirə edilməsini tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, müsadirə edilən əmlaklar və avtomobilin ümumi məbləği 1 milyard 92 milyon dram (2,2 milyon dollar) təşkil edir.
İddianın qəbul edildiyi deyilir. Ohanyan bu məlumatı bir daha təkzib edərək bildirib ki, “mətbuatda nümayiş olunan” malikanə və ictimai obyekt ona məxsus deyil.
Onun sözlərinə görə, bu söz-söhbətlər “Müqavimət” hərəkatının mübarizəsinin artan intensivliyi ilə bağlıdır. Prokurorluğun reaksiyasında qeyd olunur ki, məhkəməyə müvafiq məzmunlu iddia göndərilibsə, həmin şəxsin həmin əmlaka faktiki sahib olması sübut edilib.
Hələ 2021-ci ildə Fakt Araşdırma Platforması Ohanyana məxsus əmlakı araşdırıb və deputatın illər əvvəl verdiyi açıqlamaların nə dərəcədə əsaslı olduğunu öyrənməyə çalışıb.
Məlum olub ki, 2011-ci ildə 3700 kv.m. (təxminən 438 860 dollar) torpaq sahəsi Ohanyanın həyat yoldaşı Ruzanna Xaçatryanın qardaşı qızı 20 yaşlı Zaruhi Tiqranovna Badalyan tərəfindən alınıb.
2014-cü ildə orada tikinti işlərinə başlanılıb, 2 ildən sonra 2858 kvadratmetr sahəsi olan 3 mərtəbəli malikanə tikilib.
2018-ci il inqilabından sonra mətbuat malikanənin tikintisinin dayandırıldığını yazmışdı. Aylardır ki, tikintidə heç bir dəyişikliyin baş vermədiyi peyk görüntülərindən aydın olur.
Bizim.Media

- A-
- A
- A+
Region
12:23 / 31.05.2022
Seyran Ohanyanın malikanəsini əlindən alırlar - DETALLAR
Hazırda oxunan: Seyran Ohanyanın malikanəsini əlindən alırlar - DETALLAR
Hazırda oxunan: Seyran Ohanyanın malikanəsini əlindən alırlar - DETALLAR
76960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.