Ermənistan Zəngəzur dəhlizində niyə tikinti aparmır? – DETALLARI AÇIQLANDI

Ermənistan Zəngəzur dəhlizində niyə tikinti aparmır? – DETALLARI AÇIQLANDI

Hazırda oxunan: Ermənistan Zəngəzur dəhlizində niyə tikinti aparmır? – DETALLARI AÇIQLANDI

76751

Azərbaycan Ermənistanın kommunikasiyaların açılması öhdəliyini leqallaşdırmaq təklifinə cavab verməyib.

Bizim.Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu iddianı Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisi səsləndirib.

Mənbə qeyd edir ki, martın 31-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı öhdəliklər olmalıdır. 

O, Ermənistanın həm avtomobil yolu, həm də dəmir yolu çəkməyə hazır olduğunu, bununla belə, Azərbaycanla hüquqi qüvvəyə malik müvafiq sazişin imzalanmasının vacibliyini bildirib.

"Biz çox konkret risklər görürük: yol çəkəcəyik, Azərbaycan isə sərhədləri açmaqdan imtina edəcək. Məlum olacaq ki, Ermənistan yüz milyonlarla dollar xərcləyəcəyi infrastrukturdan istifadə edə bilməyəcək", - Paşinyan bildirib. 

Nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun erməni həmsədri olan Mqer Qriqoryanın ofisindən Azərbaycanın bu təklifə reaksiya verib-vermədiyi və hələ də belə bir riskin olub-olmadığı soruşulub.

“Azərbaycan hələ ki, bu məsələyə reaksiya verməyib və göstərilən risk hələ də mövcuddur”, - ofisdən bildirilib.

“Ermənistan bu risk şəraitində tikintiyə başlayacaqmı?”  sualına belə cavab verilib:

“Mümkün avtomobil yolunun marşrutu və qiyməti müəyyən edilməyib. Bunu Ermənistanın baş naziri bir neçə dəfə bəyan edib. Bu məsələlər hələ də müzakirə mərhələsindədir”.

Qeyd edək ki, Arazdəyən (Yerasx)-Horadiz dəmir yolunun Ermənistan ərazisində necə çəkiləcəyi hələlik məlum deyil.

Mayın ortalarında Ərazi İnkişaf və İnfrastruktur Nazirliyinin mətbuat xidməti Ermənistanda Arazdəyən (Yerasx)-Horadiz dəmir yolu xəttinin 43 kilometrində geodeziya tədqiqatının aparıldığını bildirib.

Nazirlikdən maliyyələşmə ilə bağlı sualı cavablandırarkən bildiriblər ki, layihə-hesablama işləri başa çatdıqdan sonra bu məsələ müzakirə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO