Ermənistanın paytaxtı İrəvanda yenidən yürüş-mitinq keçirilib.
Bizim.Media "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, paytaxtın mərkəzi ilə yürüş edən etirazçılar artıq Respublika meydanına toplaşıblar.
Aksiya iştirakçıları “Nikolsuz Ermənistan” və “Xain Nikol” şüarları səsləndirirlər.
Əraziyə çoxlu sayda polis qüvvələri gətirilib, hökumət binası mühasirəyə alınıb.
Qeyd edək ki, etirazçılar hökumət binasına daxil olmağa cəhd ediblər. Lakin polis onlara mane olub. Bundan sonra binanın damına snayperlər yerləşdirilib.
Oral Mədənçi, Bizim.Media