İranda koronavirusdan bir gündə 82 nəfər vəfat etdi

İranda koronavirusdan bir gündə 82 nəfər vəfat etdi

Hazırda oxunan: İranda koronavirusdan bir gündə 82 nəfər vəfat etdi

7628

İranda son sutkada koronavirusdan daha 82 nəfər vəfat edib, 6 283 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb.

Bizim.Media İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.

Məlumata görə, İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 55 830 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 261 min 903 nəfərə çatıb.

İranda ümumilikdə 1 milyon 40 min 521 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb. 

Xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 4 780 nəfərin vəziyyəti ağırdır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO