Abramyan: “Ermənistanın sərhəd məsələləri biabırçı gündədir”

Abramyan: “Ermənistanın sərhəd məsələləri biabırçı gündədir”

Hazırda oxunan: Abramyan: “Ermənistanın sərhəd məsələləri biabırçı gündədir”

7611

Qarabağda qondarma rejimin “başçısı” Araik Arutyunyanın keçmiş müşaviri Tiqran Abramyan İrəvanı tənqid edib.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, o, Ermənistanın düşdüyü vəziyyətdən gileylənib:

“Sərhəd məsələləri ilə bağlı bütün işlər Azərbaycanın tələblərinə uyğun aparılır. Ermənistan hökuməti isə bütün tələbləri təsdiqləyir”.

Ölkəsinin Müdafiə Nazirliyini də tənqid atəşinə tutan Abramyan itkilər barədə İrəvanın real rəqəmləri açıqlamadığına münasibət bildirib.

“Müharibə zamanı belə informasiyaların yayılması problemə gətirib çıxarırdısa, bu cür xəbərləri indi bölüşmək daha təhlükəlidir. Müdafiə Nazirliyinin nə işlə məşğul olduğunu anlamıram” deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO