Müxalifət İrəvanda prezident iqamətgahını blokadaya aldı

Müxalifət İrəvanda prezident iqamətgahını blokadaya aldı

Hazırda oxunan: Müxalifət İrəvanda prezident iqamətgahını blokadaya aldı

76046

Qondarma “Müqavimət” hərəkatı çərşənbə günü İrəvanın Baqramyan prospektində prezident iqamətgahının binasını blokadaya almaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

“Artıq bir aydır ki, ölkədə etiraz aksiyaları keçirilir, amma prezident kürsüsündə oturan şəxs özünü elə göstərir ki, heç nə baş vermir. O, respublikanın prezidenti deyil, “Vətəndaş müqaviləsi” partiyasının (Paşinyana məxsusdur) nümayəndəsidir. Bir nəfər də olsun işçi binaya girməməlidir”. Ermənistan KİV-i daşnak liderlərindən biri İşxan Saqatelyanın dediklərindən sitat gətirib.

“RİA Novosti” yazır ki, etirazçılar Ermənistan prezidentinin administrasiyasının binasının bir neçə girişini mühasirəyə alıblar. Onların hər birində etiraz aksiyasının iştirakçıları olan kiçik qrup (təxminən 300 nəfər) var. 
Təhlükəsizlik qüvvələri Ermənistanın prezident administrasiyasının yanında görünmür, yaxınlıqda, hökumət binalarından birinin önündə  dayanıblar.

Administrasiyanın yaxınlığında olan deputat Qeqam Manukyan bildirib ki, prezident öz səlahiyyətlərini yerinə yetirmir. Onun fikrincə, fəaliyyətsiz və Ermənistanın maraqlarına xidmət etməyən dövlət qurumlarının hər biri hər gün blokadaya alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO