Jirinovskinin oğlu adını, soyadını və ata adını tamamilə dəyişdi - DETALLAR

Jirinovskinin oğlu adını, soyadını və ata adını tamamilə dəyişdi - DETALLAR

Hazırda oxunan: Jirinovskinin oğlu adını, soyadını və ata adını tamamilə dəyişdi - DETALLAR

75735

Jirinovskinin oğlu və Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev adını, soyadını və ata adını tamamilə dəyişib. İndi onun adı Daviddir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Baza” Telegram kanalında yer alıb.

Mənbə yazır ki, ad dəyişikliyi 2021-ci ilin yayında baş verib, eyni zamanda İqor Vladimiroviç Rusiya siyasətindən və LDPR (Rusiya Liberal Demokrat Partiyası) partiyasından əbədi olaraq ayrıldığını elan edib. Sabiq deputatın yeni pasport almasını təsdiq edən sənədlər sübut kimi “Baza”nın redaksiyasında saxlanılır.

Bu qərara səbəb Avropa Birliyinin hələ 2014-cü ildə Jirinovskinin oğluna tətbiq etdiyi sanksiyalar ola bilər. Həmin andan keçmiş deputat ailə üzvlərinin çoxlu daşınmaz əmlaka malik olduğu Avropaya getmək imkanını itirib.
Lebedev İspaniya sahillərinə olan sevgisini heç vaxt gizlətməyib. Bəlkə də yeni pasport və yeni şəxsi məlumatlar ilə səyahət etmək onun üçün asanlaşacaq.

Xatırladaq ki, keçən il Vladimir Jirinovski Dövlət Dumasının tribunasından Ukrayanda keçiriləcək xüsusi əməliyyatın anonsunu vermişdi:

“22 fevral səhər saat 4-də hər şeyi hiss edəcəksiniz”. Belə çıxır ki, o,  müharibənin nə vaxt başlayacağını bilirmiş. Qeyd edək ki, Rusiyanın ən görkəmli siyasətçilərdən biri hesab edilən Jirinovski aprelin 6-da vəfat edib. Onunla vidalaşmağa prezidentdən tutmuş sıravi seçicilərə qədər çoxları gəlib, oğlundan başqa. Dövlət Dumasının keçmiş vitse-spikeri İqor Lebedev “Gəlin barışaq” sözləri ilə əklil göndərməklə kifayətlənib.

“Baza” Teleqam kanalı Liberal Demokrat Partiyasının rəhbəri ilə oğlu arasında mübahisənin nədən qaynaqlandığını və Lebedevin niyə həmişəlik siyasətdən getməyə qərar verdiyini öyrənmək qərarına gəlib. 
Araşdırma zamanı bəlli olub ki, Lebedev, sözün əsl mənasında özünə yeni “şəxsiyyət” yaradıb. O, təkcə soyadından deyil, ata adından da imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO