"Zəngəzur Azərbaycanın nəzarətinə keçərsə, Ermənistan yox olacaq" – ERMƏNİ DEPUTAT

Hazırda oxunan: "Zəngəzur Azərbaycanın nəzarətinə keçərsə, Ermənistan yox olacaq" – ERMƏNİ DEPUTAT

75633

“Turanın zənciri Zəngəzurdan keçir və təsadüfi deyil ki, Türkiyə-Azərbaycan tandeminin iştahı və əsas vəzifəsi nəhayət arzularını həyata keçirmək və Ermənistanın zəifləmiş durumundan istifadə edərək, tarixi qələbəni bəyan etməkdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri mayın 22-də Fransa meydanında keçirilən müzakirə zamanı Daşnaksütyun partiyasının bürosunun üzvü, “Ermənistan” blokundan deputat Armen Rüstəmyan bildirib.

Siyasətçinin fikrincə, Ermənistan dünya üçün həmişə iki şeyə görə maraqlı olub: atom elektrik stansiyası və Turan zəncirini qıran geosiyasi xəttdə yerləşməsi.

Eyni zamanda o, qeyd edib ki, AES enerji ilə təmin etmək kimi bilavasitə vəzifəsi ilə yanaşı, Ermənistanın geosiyasi əhəmiyyətini də təmin edir.

Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” ilə bağlı söhbət davam edəcək.

“Biz başa düşməliyik ki, Ermənistan birdən-birə belə güzəştlərə gedərsə, bizim geosiyasi əhəmiyyətimiz itəcək və bu dəhliz Azərbaycan - Türkiyə tandeminin nəzarətinə  keçəcək. Biz özümüzü geosiyasi torbada tapacağıq və bir faktor kimi artıq heç kimi maraqlandırmayacağıq. Bizim vəzifəmiz erməni amilini qoruyub saxlamaqdır”, – Armen Rüstəmyan vurğulayıb.

Siyasətçi ikinci vəzifə kimi ermənilərin hüquqlarını qorumaq vəzifəsini göstərib. 

O vurğulayıb ki, bu gün qarşıya qoyulan vəzifələrin sabah həyata keçirilməsi üçün geosiyasi vəziyyət dəyişə bilər:

“Biz bir nəsil olaraq elə etməliyik ki, gələcək nəsil daha öz hüquqlarını, tarixi ədaləti bərpa edib qoruyub saxlamaq haqda düşünməsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO