"Türkiyəni KTMT ilə əməkdaşlıq haqqında düşünməyə dəvət edirəm".
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.
O qeyd edib ki, yeni ölkələrin NATO-ya daxil olması ilə bağlı qərar alyansın parçalanmasına gətirib çıxara bilər.
MÖVZU İLƏ BAĞLI:
Moskvadan GÖZLƏNİLMƏZ QƏRAR: “NATO ilə əməkdaşlığa hazırıq”
"Bu vəziyyətdə Türkiyə hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıq haqqında düşünə bilər.
Mən artıq demişəm ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması alyansın parçalanmasına səbəb ola bilər. Bu baş verərsə, biz Türkiyənin KTMT-yə daxil olmasını gözləyirik", - A.Şxaqoşev vurğulayıb.
Ərdoğan ciddi siyasətçi adlandıran rusiyalı deputat əlavə edib ki, Türkiyənin KTMT ilə əməkdaşlığı beynəlxalq təhlükəsizlik vəziyyətini yeni istiqamət yarada bilər.
Bizim.Media