“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO ilə əməli əməkdaşlıq qurmağa hazırdır”.
Bizim.Media xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Şurasının Kremlin saytında dərc olunmuş bəyanatında deyilir.
MÖVZU İLƏ BAĞLI:
NATO-nun Finlandiya və İsveçdəki bu addımı cavabsız qalmayacaq - Putindən XƏBƏRDARLIQ
“Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayırıq və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə əməkdaşlığa hazır olduğumuzu təsdiq edirik”, - KTMT-yə üzv ölkələrin birgə sənədində bildirilir.
Xatırladaq ki, Kreml Sarayında KTMT-nin yubiley (sənədin imzalanmasının 30 illiyi) sammiti keçirilir.
Tədbirdə altı ölkənin liderləri - Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan lideri Emoməli Rəhmon iştirak edirlər.
Bizim.Media