KTMT liderlərinin sammiti keçirilir - VİDEO

KTMT liderlərinin sammiti keçirilir - VİDEO

Hazırda oxunan: KTMT liderlərinin sammiti keçirilir - VİDEO

74607

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammiti başlayıb.

Bizim.Media xəbər verir ki, sənədin imzalanmasının 30 illiyinə həsr olunmuş tədbir Kreml Sarayında keçirilir.  

İclasda təşkilata daxil olan altı ölkənin liderləri - Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistan lideri Emoməli Rəhmon iştirak edirlər. Onlar görüşdən öncə ənənəvi olaraq birgə şəkil çəkdiriblər. 

Qeyd edək ki, sonuncu üz-üzə görüş pandemiya başlamazdan əvvəl, 2019-cu ilin noyabrında Bişkekdə baş tutub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO