Bizim.Media xəbər verir ki, Ermənistan Prezident Adminstrasiyasından “RİA Novosti”yə verilən məlumata görə, prezident Armen Sarkisyanın koronavirus infeksiyası ilə bağlı testi müsbət çıxıb.
Adminstrasiyanın mətbuat xidmətinin açıqlamasında deyilir ki, Sarkisyan yanvarın 3-də Londonda keçirdiyi əməliyyatdan sonra COVİD-19-a yoluxub.
Erməni prezidentin durumu barədə informasiya paylaşılmayıb.
Bizim.Media